Sosial şəbəkədə biz:
Azərbaycan Qəzzaya əsgər göndərməkdən imtina etdi
Xəbər Şəkli

Azərbaycan Qəzzaya əsgər göndərməkdən imtina etdi

24 November 2025, 08:51
Siyasət

Rəsmi Bakı Qəzza zolağına xidmət üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvələrinin (sülhməramlıların) tərkibində iştirakdan imtina edib. “İsrail Hayom” yazır ki, Azərbaycandan qabaq digər ölkələr də ABŞ-nin müvafiq təklifinə rədd cavabı veriblər. Məqsəd hələ də yüksək risklərin qaldığı regionda əsgərlərinin həyatını riskə atmamaqdır.

Qəzet vurğulayır ki, Azərbaycan Amerikanın təklifinə imtina cavabı verən sonuncu ölkə olub.

Bununla da Trampın Qəzza zolağında çoxmillətli sülhməramlı kontingent yaratmaq planı iflasa uğrayıb. Baş nazir Benyamin Netanyahu bildirib ki, bu halda İsrail “Həmas”ı tərksilah etmək missiyasını təkbaşına həyata keçirəcək.

İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) məlumatına görə, “Həmas” hazırkı artəşkəsdən istifadə edərək yenidən silahlanmağa və mövqelərini möhkəmləndirməyə çalışır. Kənar müdaxilə olmadan təşkilat silahı yerə qoymaq fikrində deyil.
AzVision.az