Sosial şəbəkədə biz:
86 nəfər Gürcüstandan deportasiya edildi – Azərbaycanlılar da var
Xəbər Şəkli

86 nəfər Gürcüstandan deportasiya edildi – Azərbaycanlılar da var

29 May 2026, 09:46
Siyasət

Son günlərdə 86 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdən ümumilikdə 86 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.