Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Zülm edən məmurlara görə xalq və prezident niyə əziyyət çəkməlidir?!” – Namizədlərin 5-ci debatı + VİDEO

“Zülm edən məmurlara görə xalq və prezident niyə əziyyət çəkməlidir?!” – Namizədlərin 5-ci debatı + VİDEO

Martın 27-də İctimai Televiziyanın efrində prezidentliyə namizədlərin sayca 5-ci debatı olub.
Azinforum.az  xəbər verir ki, budəfəki debatda namizədlər əsasən milli həmrəylik mövzusunda çıxış ediblər.
Prezidentliyə namizədlərdən Hafiz Hacıyev milli həmrəyliyi istəməyən müəyyən qüvvələrin olduğunu bildirib. O, eyni zamanda, sahibkarlara zülm edən məmurları “yıxıb-sürüyüb”. Bildirib ki, həmin məmurlar sahibkarları dövlətdən narazı salırlar: “Buradan Zakir Qaralova müraciət edirəm, belərinə görə Prezident niyə əziyyət çəkməlidir?”.
Prezidentliyə namizəd QHT-lərin fəaliyyətini genişləndirməyi məsləhət bilib və o, bu sahəyə problem yaradan Ədliyyə Nazirliyini ittiham edib: “İndi elə vəziyyət yaradıblar ki, beynəlxalq təşkilatlardan qrant almaq mümkünsüzləşib. Halbuki buna şərait yaradılmalıdır…”.
Prezidentliyı namizəd İlham Əliyevin vəkili Əli Əhmədov isə daha çox milli həmrəylikdən, multikulturalizmdən danışıb.
Beləliklə, debatın tam videosunu təqdim edirik:

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …