Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Zorlamada ittiham edilən məktəb direktoru əvəzi saxlanılıb, araşdırma davam edir – Zərdab rayon prokurorluğu

Zorlamada ittiham edilən məktəb direktoru əvəzi saxlanılıb, araşdırma davam edir – Zərdab rayon prokurorluğu

“Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Ceyhun Tofiqli ilə bağlı araşdırma davam etdiyi üçün, hələlik mətbuata açıqlama verilmir.”
Bu haqda Avropa.info-ya Zərdab rayon prokurorluğundan bildiriblər.
Avropa.info-nun “Ceyhun Tofiqli hazırda həbsdə saxlanılırmı, yoxsa azad edilib” sualına cavab olaraq, prokurorluqdan “Bəli hazırda saxlanılıb və araşdırma davam edir” cavabı verilib.
Qeyd edək ki, Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkter əvəzi Ceyhun Tofiqli dünən həbs olunub.
Avropa.info-nun əldə etdiyi məlumata görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə bir şagirdi zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və polis tərəfindən saxlanıldığı qeyd edilir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın