Ana səhifə / Siyasət / Ziyafət Əsgərov: “Əxlaqsız adamlardır…”

Ziyafət Əsgərov: “Əxlaqsız adamlardır…”

“Azərbaycanın müstəqilliyin ilk illərində avanturist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular”.

Bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, həmin adamlar indi hakimiyyətə can atır, sosial şəbəkələrə ağızlarına gələni yazırlar: “Belə insanlar indi yenidən gəlib Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır. Düzdür, mən burada bu ifadəni işlətmək istəməzdim, ancaq bunu deməyə məcburam”.

Report


Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …