Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun oğlundan xəbər var – Biznesi iflas olub

Ziya Məmmədovun oğlundan xəbər var – Biznesi iflas olub

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir layihəsi iflasa uğrayıb.

Bu barədə İstiqlal.az-a məlumat nəqliyyat nazirinin yaxın ətrafından daxil olub.

Məlumatda deyilir ki, Azərbaycanda amerikalı milyarder Donald Trampın adı ilə bağlı olan “Trump Touers Baku” layihəsini “Qarant Holdinq” həyata keçirib. Bildirilir ki, Anar Məmmədov təkcə bu ada görə Donald Trampa 2 milyon 500 min manat ödəyib. Bundan başqa Donald Tramp da bu layihəyə ortaq olub. Lakin o, layihənin maliyyələşməsinə heç bir yardım etməyib. Layihənin bütün maliyyəsini “Qarant Holdinq” üzərinə götürüb.

Avropa Oyunlarından əvvəl “Qarant Holdinq” maliyyə ayırmağı dayandırıb. İşçilərə bildirilib ki, oyunlardan sonra yenidən maliyyə vəsaiti ayrılacaq. Artıq Avropa Oyunlarından 5 ay keçməsinə baxmayaraq “Qarant Holdinq” hələ də maliyyə ayırmayıb. Beləliklə də, “Trump Touers”in tikintisi yarımçıq saxlanılıb. İşçilərin əhəmiyyətli hissəsi də ixtisara salınıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın