Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun əmisi oğlundan müəllimlərə şok TAPŞIRIQ

Ziya Məmmədovun əmisi oğlundan müəllimlərə şok TAPŞIRIQ

Ucarda şəhərində  evlərin  dam örtüklərinin dəyişdirilməsi müəllimlərə baha başa gəlib.
Ucar rayonundan olan bir qrup müəllimin Avropa.info-ya verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti şəhərdəki evlərin dam örtüklərinin dəyişdirilməsinə qərar verib. Lakin, dövlət tərəfindən rayona ayrılan maliyyə vəsaitinin deyil, müəllimlərin hesabına…
“Bizə  icra hakimiyyətindən deyirlər ki, cənab prezidentimiz İlham Əliyev Ucara gələcək. Bu səbəbdən də şəhərin Koroğlu küçəsində yerləşən evlərin damı müəllimlərin hesabına dəyişdirilməlidir. Artıq mülllimlərdən kütləvi pul yığma kampanıyasına başlanılıb. Müəllimlərdən tutulan 50 manat pul dolanaşığı ağır olan müəllimlərin vəziyyətini xeyli ağırlaşdırıb. Elə buna görə də müəllimlər arasında kütləvi narazılıqlar yaranıb”.
Avropa.info-ya müraciət edən müəllimlər bu  qanunsuzluğa son verilməszə, ölkə başçısına müraciət edəcəklərini bildirdilər.
Qeyd edək ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğlu Mənsur Məmmədovdur. Onun fəaliyyəti əvvəllər icra başçısı olduğu Zərdab və Göyçay rayonlarında da yerli sakinlərin narazılığına səbəb olmuşdu.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın