Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ziya Məmmədovla bağlı o yazılara və bu cür jurnalistikaya yazığım gəlir”

“Ziya Məmmədovla bağlı o yazılara və bu cür jurnalistikaya yazığım gəlir”

Nəqliyyat naziri Ziya Məmmədov barəsində növbəti xəbər yayılıb. “Yeni Müsavat” qəzetinın məlumatına görə, nazirin küllü miqdarda valyutası müsadirə olunub. İddia edilir ki, bu yaxınlarda Ziya Məmmədova qarşı kritik əməliyyat keçirilib. Xəbərdə bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nazirin 17 ton (!) dollar yüklənən gəmisini saxlayıb. Deyilənə görə, əməliyyat Xəzərin Rusiyaya aid bölümündə baş tutub. 17 ton dollarlıq yük aparan gəmi Dağıstan istiqamətinə üzürmüş. Bildirilir ki, qaçaqmal daşıdığına görə gəmi FTX-nin radarlarına düşüb. Hazırda gəminin harada saxlanıldığı haqda dəqiq bilgi verilmir.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az saytına açıqlamasında bu xəbəri absurd adlandırıb. Onun “Nazirin Rusiyada 17 ton pulu tutulub” xəbərinə münasibəti birmənalı olub:

“Bu yazılar absurddur. Mənim bu yazılara və bu cür jurnalistikaya, sadəcə, yazığım gəlir. Təəssüf edirəm”.

Namiq Həsənov bu yazının həqiqətdən kənar olduğunu belə əsaslandırıb:

“Əminəm ki, bu yazını yazanın özü belə yazdığının reallığına inanmır. Gündəmdə qalmaq, reytinq qazanmaq üçün ağıllarına gələni yazırlar. Yaxşı olardı ki, ağızlarına gələni yox, həqiqəti yazsınlar”.

Nazirlik rəsmisi Ziya Məmmədov barədə daha çox neqativ yazan mətbuat orqanları ilə hər hansı konflikti olmadığını dilə gətirib:

“Ziya müəllimin hnasısa mətbuat orqanı ilə nə nazir, nə də şəxs olaraq konflikti var. Kimsə kiminsə sifarişini yerinə yetirib yazı yazırsa, bu, həmin mətbuat orqanın öz problemidir. Bu, nə Ziya Məmmədovun, nə də Namiq Həsənovun problemidir. Kim nə istəyir yazsın. Bundan artıq şərh verə bilmirəm”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın