Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədova yeni vəzifə verilir?-Qardaşı danışdı: “Gəzən söz-söhbətlər gerçək ola bilər”

Ziya Məmmədova yeni vəzifə verilir?-Qardaşı danışdı: “Gəzən söz-söhbətlər gerçək ola bilər”

Eks-deputat Elton Məmmədov qardaşı Ziya Məmmədovun nazir postundan uzaqlaşdırılması xəbərinə münasibət bildirib.
E.Məmmədov  ölkə başçısının verdiyi bütün qərarlara hörmətlə yanaşdığını bildirib:
“Prezidentin təkcə Ziya Məmmədovla bağlı yox, verdiyi bütün sərəncamlar öz səlahiyyətləri çərçivəsindədir. Bu baxımdan ölkə rəhbərinin verdiyi sərəncamlar müzakirə obyekti ola bilməz”.
E.Məmmədov Z.Məmmədovun yeni yaradılacaq strukturda rəhbər vəzifəyə gətiriləcəyi xəbərlərinə də şərh verib:
“Bu bizim arzumuz ola bilər. Amma bu ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik.
Eks-nazirin qardaşı, 15 il Mili Məclisin deputatı olmuş biri kimi deyə bilərəm ki, Ziya Məmmədov, işlədiyi dövrdə xalqına, ölkə rəhbərinə sədaqətlə xidmət edib. Ölkədə gedən bütün infrastruktur yeniliklərində nazir kimi müstəsna xidmətləri var. Bu, tarixdir, danılmazıdır. Tarix də olanları yazdı”.(Modern.az)

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın