Ana səhifə / Cəmiyyət / Ziya Məmmədov Novruz bayramını kəndində qeyd edib: “Hər şey əladır”

Ziya Məmmədov Novruz bayramını kəndində qeyd edib: “Hər şey əladır”

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov Novruz bayramını ailəsi ilə birlikdə doğulub, boya-başa çatdığı Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən ata yurdunda qeyd edib.

Azinforum.az  xəbər verir ki, bu barədə unikal.org-a eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib.

O bildirib ki, Ziya Məmmədov rayonda olduğu üçün onun başına toplaşaraq Novruz bayramını birlikdə qeyd ediblər.

E.Məmmədov deyib ki, hazırda sabiq nazir özünü yaxşı hiss edir:

“Ziya müəllim özünü yaxşı hiss edir və səhhətində heç bir problem yoxdur. Hər şey əladır. Bayramı ailələrimizlə, kənd camaatı ilə birlikdə qeyd etdik. Hər şey gözəldir, əladır”.

Eks deputat qardaşı nazir vəzifəsindən çıxarıldıqdan sonra YAP-dan da xaric olunması ilə bağlı dedi-qodulara da münasibət bildirib: “Bu cür məlumatlar yalandır. Deyilənlər doğru deyil”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın