Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov həbs xəbərini yalanladı –“EVİMDƏYƏM”

Ziya Məmmədov həbs xəbərini yalanladı –“EVİMDƏYƏM”

Nəqliyyat naziri vəzifəsindən azad edilən Ziya Məmmədovla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər yayılmağa başlayıb.Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, nazir postunu itirən Ziya Məmmədov artıq həbs edilib.
Gununsesi.info bu xəbərə aydınlıq gətirmək üçün sabiq nazirin özü ilə əlaqə saxlayıb.Mobil telefonuna etdiyimiz zəngə cavab verən Ziya Məmmədov həbsi barədə yazılanlara münasibətini belə ifadə edib:”Gördüyünüz kimi telefonla sizinlə danışıram.Demək ki, bu xəbərlər yalandır.Mən başa düşə bilmirəm ki,niyə hansı məqsədlə bu xəbərləri yayırlar.Bu xəbərlərin yayılmasında məqsəd nədir bilmirəm”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın