Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ziya Hüseynzadəni həbs etməklə düz ediblər” – Deputat

“Ziya Hüseynzadəni həbs etməklə düz ediblər” – Deputat

“Şəxsi həyata müdaxilə etmək olmaz, amma hər şey müyyən qanunlar çərçivəsində olmalıdır. Əgər doğrudan da vətəndaş Razi Əliyevanı döyən kişi evlidirsə, həyat yoldaşı varsa, rəsmi nikahı qüvvədədirsə, əlbəttə, onun başqası ilə evlənməsi qanunaziddir. Onun başqasına eşq elan etməsi, evlənməsi, etiraz varsa, qadını döyməsi tamamilə qanunsuz hərəkətdir”.

Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O əlavə edib: “Bu, məsuliyyət məsələsidir. Əlbəttə, Ziya Hüseynzadəni həbs etməklə düz ediblər”.

Deputat Ziya Hüseynzadənin evli olduğu halda Razi Əliyevaya evlilik təklif etməsini həyat yoldaşına xəyanət deyil, İslamda dörd arvad almağın icazəli olması kimi dəyərləndirənlərə isə belə cavab verib:

“Niyə İslamda evliliyə elə dörd arvad almaq məsələsindən yanaşırlar? İslamda deyilir ki, ailə möhkəm olmalıdır, ailə dəyərləri olmalıdır. Bunu da deməli idilər. Bəziləri deyirlər ki, kişi dörd qadınla evlənməlidir. Axı İslamda müəyyən şərtlər qarşıya qoyulub. Əgər ailədə, doğrudan da, münasibətlər yaxşı qurulmursa, çətinliklər varsa, qadın xəstədirsə, kişi onu boşayıb, başqası ilə evlənə bilər. Müəyyən dəyərlər var.

“Dəli Kür”də Cahandar ağanın ikinci dəfə evlənməsi məsələsində dəfələrlə mübahisəyə girdim. Çünki əsər mənim elmi işimin mövzusudur. “Cahandar ağa niyə Mələyi götürüb qaçdı, yaxşı insan deyil…” kimi fikirlər səsləndirirdilər. Sual verdim ki, axı Cahandar ağa Mələyi döymək üçün gətirməmişdi. Mələyin əri Allahyar ona zülm verirdi. Allahyar neçə dəfə ailə qurmuşdu, uşağı olmurdu və qadınları incidirdi. Mələk də özünü qayadan atıb öldürmək istəyirdi. Amma Cahandar ağa ona həyat verdi.

Hər insanın həyatında boşanma ola bilər. Bəs niyə boşanan adama düşmən kimi baxmalıyıq? Boşananların çoxuna düşmən kimi baxırlar. Bu insan həyatını qura bilmirsə, kişi, yaxud qadın olaraq insani münasibətə cavab verə bilmirsə, birgəyaşayış mümkün deyilsə, azad olmaq lazımdır. İnsan ömrünü yaşamalısan, kiminlə yaşayacaqsan, bu, sənin öz işindir. İkinci, üçüncü, hətta dördüncü dəfə ailə pozula bilər. İnsan əvvəl ailəni qorumalıdır ki, münasibətlər pozulmasın. Əks halda, boşanmaqdan başqa yol yoxdur”. Pravda

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …