Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Zığ sakinləri Prezident Administrasiyası qarşısından uzaqlaşdırılıblar – FOTOLAR

Zığ sakinləri Prezident Administrasiyası qarşısından uzaqlaşdırılıblar – FOTOLAR

Evləri sürüşmə zonasında olan və Prezident Administrasiyasının qarşısına toplaşan narazı Zığ sakinlərini qəbul edən olmayıb.
Musavat.com xəbər verir ki, qəbula düşə bilməyən vətəndaşlara polis müdaxilə edib.
Polis əməkdaşları Zığ sakinlərini ərazidən uzaqlaşdırıblar. Narazı sakinlər şikayətlərinə baxılmayanadək aksiya keçirəcəklərini bildiriblər.
Ərazini tərk edən sakinlər Zığ qəsəbəsində toplaşacaqlarını bəyan ediblər.
*****
Virtualaz.org isə xəbər verir ki, etiraz edən qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polislər etirazçıları ərazidən uzaqlaşdırmağa çalışsalar da sakinlər getmək istəməyiblər.
Zığ sakin Ədibə Nəsirova deyir ki, 5 ildir Abid Şərifovla görüşə bilmirlər: “5 ildir Nazirlər Kabinetinin qarşısına ayaq döyürük. Zığ sürüşmə zonasında yaşayanların problemləri ilə maraqlanan yoxdur. Nazirlər Kabinetinə ünvanladığımız məktub Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilir. Sonra da bizi çağırıb məktubumuzla tanış edirlər, vəssalam. Daha problemə əncam çəkən yoxdur. Evlərimiz başımıza uçur, uşaqlarımızın həyatı təhlükədədir. Nazirlər Kabinetində Şahin Salahov dedi ki, məsələdən xəbərdarıq, amma 2008-ci ildən indiyədək heç kim köçürülmür. Yalnız 10-a yaxın ailə köçürülüb. Köçürülənlərin əksəriyyətinə kirayə pulu verilmir”.
PA-da qəbul şöbəsinin rəisi ilə görüşdüklərini deyən Ə.Nəsirova problemlərini ölkə rəhbərliyinə çatdırmaq üçün etiraz aksiyası keçirmək istədiklərini bildirdi: “Tələblərimizə cavab versinlər. Ölkə başçısı problemimizi bilmir. Bunu ondan gizlədirlər. Buna görə də aksiya keçiririk. 55 ev qəzalı vəziyyətdədir. 106 ev aktiv sürüşmə ərazisindədir. Ümumilikdə isə 500 ailə sürüşmə ərazisindədir. Xəbərdarlıq edirlər, amma köçürmürlər. 13 ailəyə kirayə pulu verilir. Digərlərinə pul ödənilmir”.
Zığ qəsəbəsi, ev 4-də yaşayan Elnarə Məmmədova dedi ki, 5 ildir 3 uşağı ilə birgə qohumlarının evində yaşamaq məcburiyyətindədir: “Əvvəl kirayə evə köçdük. Lakin kirayə haqqı ödənilmədiyindən köçmək məcburiyyətində qaldıq. Nə kirayə pulu, nə də kompensasiya verilmir”.
Digər sakin isə bildirdi ki, 1 ildir evini tərk edib: “Ötən il evdən çıxmağımızla bağlı xəbərdarlıq olundu. 1 ildir kirayədə yaşayıram. 3 ay əvvəl kirayə pulunun ödəniləcəyini desələr də verilmədi”.
Sakinlər oturaq aksiya keçirmək istədiklərini dedilər: “Qəzalı evlərin birində aksiya keçirəcəyik. Ölsək də birgə ölək. Bizim evimizin başımıza uçmasını məmurlar ölkə başçısından gizlədirlər. İndi Nazirlər Kabinetindən cavab gözləyirik”.
Sakinlər səfirliklərə də müraciət edəcəklərini qeyd etdilər.


Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın