Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Zelenskinin İlham Əliyevə zəngi: Tərəflər hansı məsələni müzakirə ediblər?

Zelenskinin İlham Əliyevə zəngi: Tərəflər hansı məsələni müzakirə ediblər?

“Bu zəng Bakı ilə Kiyev arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə olan telefon danışığını şərh edərkən deyib. Deputat bildirib ki, tarixin bütün mərhələlərində Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədə olub:
“Azərbaycanın beynəlxalq münasibətlər sistemində istinad etdiyi xarici siyasət paradiqmalarından biri dövlətlərin ərazi bütövlüyü məsələsidir. Azərbaycan hər zaman bu prinsipə sadiq qalıb. Ukrayna-Azərbaycan münasibətlərinin özünəməxsus tarixi var. İstər ikitərəfli münasibətlər, istərsə də bir neçə regional və beynəlxalq təşkilatlarda da Kiyevlə Bakı arasında sıx əməkdaşlıq mövcuddur. Onlardan biri də GUAM təşkilatıdır. Müharibə başlayandan Azərbaycan humanitar dəyər və prinsiplərə sadiq qalaraq Ukrayna xalqına öz yardım əlini uzadıb. Ona görə də Ukrayna Prezidentinin indiki vaxtda Azərbaycan Prezidentinə zəng etməsi şübhəsiz ki, ölkəmizin Kiyevə münasibətdə ən ali səviyyədə verdiyi reaksiyası kimi qiymətləndirilməlidir. Bu zəng bundan sonrakı mərhələdə Bakı ilə Kiyev arasındakı münasibətlərin daha yeni keyfiyyət mərhələsi istiqamətində davam etməsi yolunda yeni əsaslar yaradan hadisədir. Tarixin bütün mərhələlərində Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədə olub”.  

Deputat qeyd edib ki, burada əsas məsələlərdən biri də Ukrayna və Azərbaycan xalqının formalaşmasında, etnogenizis prosesində ortaq türk tayfalarının iştirak etməsidir: “Yəni, iki xalqın yaxınlığını şərtləndirən məsələlərdən biri də budur. Məsələn, qıpçaqlar, poleveslər, xəzərlər kimi bir çox türk tayfaları həm Ukrayna xalqının, həm də Azərbaycan xalqının formalaşmasında iştirak edib. Yəni, tarixin dərin qatlarında xalqlarımız arasında belə bir yaxınlıq mövcud olub. Bu isə Ukrayna Azərbaycan münasibətlərinin inkişafına yeni stimul verəcək”. 
Qeyd edək ki, fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı  dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər. 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …