Ana səhifə / Siyasət /  “Zaminbank”la pul köçürməyin – ŞOK MAXİNASİYA

 “Zaminbank”la pul köçürməyin – ŞOK MAXİNASİYA

Azərbaycan bank sektorunda uzun müddət fəaliyyət göstərən “Zaminbank” haqqında 7News.az informasiya portalının redaksiyasına ilginc məlumatlar daxil olmaqdadır.

Məlumatlar əsasən saxta kredit müqavilələrinin bağlanması, rayonlarda müxtəlif şəxslərə aid mülklərinin qeyri-qanuni yolla girov qoyulması ilə bağlıdır.

Redaksiyamıza daxil olan son məlumat isə daha ciddi qanun pozuntusu ilə bağlıdır.

Belə ki, şikayətdə pulköçürmə sistemlərində ciddi nöqsanlara yol verildiyi və bu yolla bankın yüksək faizlə pul qazandığı faktlarla sübüt olunur.

Şikayəti olduğu kimi təqdim edirik: “Mən bir neçə dəfə “Zaminbank”la müxtəlif pulköçürmə əməliyyatları etmişəm. Bir çox hallarda isə mənə pul göndəriblər. Lakin hər dəfəsində eyni problemlə üzləşdiyimdən, bunu bilərəkdən, sistemli şəkildə edildiyinə əminəm. “Zaminbank”la kiməsə pul göndərəndə bank əməkdaşları 10 dəqiqə ərzində əməliyyatı şirin dillə yola verirlər və tez bir zamanda vəsaitin bankın istənilən filialından alınmasının mümkünlüyünə inandırırlar. Nəticə isə başqadır. 1000 manatdan yuxarı pul göndərən hər kəs razılaşar ki, bank bu vəsaiti 1-3 gün ərzində gecikdirir. Bugünlərdə mənə başqa bir rayondan 1000 manatdan çox pul göndərdilər. Bakıda “Zaminbank”ın bir neçə filialına üz tutdum. Əllərində telefon, vətəndaşa hörmətsizlik edən bank əməkdaşları “sistem işləmir” və ya “bankda pul yoxdur” bəhanələri ilə vətəndaşları get-gələ salırlar. Hər iki halda bu biyabırçılıqdı. “Bankda pul yoxdur” o deməkdir ki, ya biz sizi “qoyun” hesab edirik, ya da biz bank deyilik. Siz təsəvvür edin ki, bir gündə min nəfərdən çox vətəndaş min manatdan çox pul köçürməsi edir. Bank bunu 1-3 gün ərzində gecikdirməklə qazandığı faizlərin miqdarı isə on minlərlə ölçülür. Mən 3 kreditimi təcili şəkildə ödəməli olduğum halda “Zaminbank”a görə 2 gün gecikmə oldu və nəticədə 200 manata yaxın ziyana düşdüm. Bu mənada bütün vətəndaşları bu bankdan uzaq durmağa, pulköçürmələrini başqa bankdan etməyə çağırıram. Aldanmayın!”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın