Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Zakir Qaralov: “4 nəfər ölüb, 14 nəfər xəsarət alıb, istintaq qrupu yaradılıb” – YENİLƏNİB

Zakir Qaralov: “4 nəfər ölüb, 14 nəfər xəsarət alıb, istintaq qrupu yaradılıb” – YENİLƏNİB

FHN, DİN və Baş Prokurorluq birgə istintaq qrupu yaratdı

“İlkin məlumata görə, Bakıda yanğın baş verən çoxmərtəbəli binada 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”.
Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, yanğınsöndürənlərin arasında da xəsarət alanlar var.
Z.Qaralov onu da deyib ki, yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub:“Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.
*****
13:15
Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb.
“Report” xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. O, yaralıların olduğunu da bildirib.
Yaralıların dəqiq sayı bilinmir.
Z. Qaralov bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın