Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Zakir Qaralov əmr verdi – Prokurorluqda yeni təyinatlar oldu

Zakir Qaralov əmr verdi – Prokurorluqda yeni təyinatlar oldu

Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Zöhrab Kazımov tutduğu vəzifədən azad edilərək Sumqayıt hərbi prokuroru, respublika hərbi prokurorunun böyük köməkçisi Səfər Əhmədov isə Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.
APA

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın