Ana səhifə / Siyasət / Zakir Həsənovun vəzifəyə gətirdiyi rəislər işdən qovuldu – Siyahı

Zakir Həsənovun vəzifəyə gətirdiyi rəislər işdən qovuldu – Siyahı

Son günlər Müdafiə Nazirliyində gözlənilməz kadr dəyişiklikləri, Zakir Həsənovun işlərində səhvlərə yol verən, qanunları pozan yüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi davam edir. Neqativ hallara yol verən şəxslər içərisində hətta həbs edilənlərin də olduğu artıq faktdır.

“Qafqazinfo” xəbər verir ki,belə bir ərəfədə AzNews.az işdən çıxarılan nazirlik işçilərinin siyahısını əldə edib.

Şok effekti yaradacaq həmin siyahını təqdim edirik:

1. Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasov;

2. Silahlı Qüvvələrin Avtomobil Xodməti rəisi, polkovnik Kamran Məlikov;

3. Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyev;

4. Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynov;

5. Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanov;

6. Silahlı Qüvvələrin Raket- artileriya silahları rəisi-Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədov;

Bunlardan başqa Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsinin 25 nəfərə yaxın zabit heyyətinin hamısı vəzifədən azad edilib. Onların əksəriyyətinə cinayət işi açılıb. 5 nəfər isə həbs edilib. İşdən azad edilənlər arasında milli qəhrəman, general-moyor Fəxrəddin Cəbrayılov da var (5 nəfər hüksək rütbəli zabitlərin həbsi barədə bir neçə gün əvvəl məlumat yayılmışdı.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz siyahıdakı şəxslərin hamısı həmin vəzifələrə Zakir Həsənov nazir təyin ediləndən sonra gətirilib.

Qeyd edək ki, dünən nazirlikdən daha bir nəfərin qanun pozuntusuna görə işdən azad edilməsi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, bir neçə gün əvvəl Z.Həsənovun işdən azad edilən müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayevin xalası oğlu polkovnik-leytenant Qəhrəman Ağayev dünən nazirin əmri ilə Tikinti İşləri üzrə İdarənin rəisi vəzifəsindən azad edilib. Onun vəzifədən çıxarılmasına səbəb yol verdiyi qanun pozuntuları olub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın