Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın yüksələn xətlə inkişafından danışılıb.

Həmçinin, Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …