Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Zakir Həsənov Naxçıvana getdi

Zakir Həsənov Naxçıvana getdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvana gedib.

Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Zakir Həsənov təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyə Respublikasının 3-cü ordu komandanı, ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın