Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Zakir Fərəcov Eldar Əzizovun “sağ əlini“ uzaqlaşdırdı

Zakir Fərəcov Eldar Əzizovun “sağ əlini“ uzaqlaşdırdı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəcamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilib. Sərəncama görə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərinin icra başçısı təyin edilib.

Femida.az-a daxil olan xəbərə görə, yeni başçı icra strukturunda köklü dəyişiklik edib. Belə ki, Zakir Fərəcov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seyfəddin Kərimovu və Eldar Əzizovun köməkçisini vəzifəsindən uzaqlaşdırıb.

Femida.az Sumqayıt şəhər İcra Hakimiyyəti, Seyfəddin Kərimovla əlaqə saxlamağa çalışsa da, cəhdlər uğursuz olub. Belə ki, Seyfəddin Kərimov və Coşğun hazırda adıçəkilən sturkturla əlaqəli olmadıqlarını bildirərək danışmaqdan boyun qaçırıblar.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın