Ana səhifə / Siyasət / Zahid Oruc: “Dünya analitikləri Azərbaycanın müharibə modelini araşdırır“

Zahid Oruc: “Dünya analitikləri Azərbaycanın müharibə modelini araşdırır“

“Sosioloji tədqiqatda Prezident İlham Əliyevin 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti araşdırılıb və vətəndaşlarımızın bununla bağlı rəyi öyrənilib”.

Bunu Sosial Xidmətlər Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Prezidentin fəaliyyəti ictimai rəydə – inam indeksi” üzrə rəy sorğusunun təqdimat mərasimində deyib.

Onun sözlərinə görə,  rəy sorğusu dövlətçilik tarixində ilk dəfə Zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili, azad Qarabağda bərpa və quruculuq mərhələsini əhatə edir.

“Sözügedən dövrdə Azərbaycan xalqı öz siyasi liderinin milli maraqlara və qətiyyətli siyasi iradəsinə əsaslanan qərarları sayəsində Qarabağda döyüş meydanında əldə edilən şanlı Zəfərin-siyasi, diplomatik, hüquqi, hərbi strateji və informasiya müstəvilərində ardıcıl və davamlı möhkəmləndirilməsi, qələbəmizin beynəlxalq və qlobal miqyasda özünütəsdiqi və etirafının şahidi olub. Azərbaycanın əldə etdiyi yeni hərbi-geosiyasi üstünlük və status, analitiklərin “Azərbaycanın müharibə modeli”, “Qələbə formulu” adlandırdığı yeni hadisə geniş tədqiqat və müzakirələrin mövzusuna çevrilib”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …