Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədi bərpa ediləcək

Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədi bərpa ediləcək

Qafan şəhərinin meri Qevorq Parsyan Ermənistan və Azərbaycanın dövlət sərhədi bölgəsindəki strateji yüksəkliklərdə erməni ordusunun müdafiə istehkamlarının sökülməsinə başladığını açıqlayıb.

Virtualaz.org “Sputinik Ermənistan”a istinadən bildirir ki, o, obyektlərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini deyib.

“”Müdafiə Nazirliyinin könüllülərinə təchiz olunmuş mövqelərindən uzaqlaşaraq Sovet sərhədlərinə getmələri bildirilib”. Azərbaycan Silahlı Qüvvələri yaşayış massivimizdən 1 km, hava limanından 200-300 metr məsafədə olacaq”, – Parsyan əlavə edib.

Erməni telegram-kanallarının məlumatına görə, sabah saat 17:00-a qədər Qafan ətrafındakı bütün yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Qeyd edək ki, bu yüksəkliklər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda Azərbaycanın Zəngilan bölgəsi ərazisindədir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …