Ana səhifə / Siyasət / Zəngəzurda yaşayan erməni: “Belə ömür kimə lazımdır?!” – VİDEO

Zəngəzurda yaşayan erməni: “Belə ömür kimə lazımdır?!” – VİDEO

Ermənistan informasiya agentlikləri Azərbaycan silahlı qüvvələrinin dövlət sərhədini Geğarkunik və Sünik vilayətləri istiqamətində (Azərbaycanda Basarkeçər və Zəngəzur bölgələri deyirlər) pozub, mayın 12-dən bəri Azərbaycan əsgərlərinin Ermənistan Respublikası ərazisində qaldığını bildirirlər.

Azərbaycan dəfələrlə sərhədi pozmadığını, torpaqları ”30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini” bildirir.

Ermənistanın Qafan şəhərində fəaliyyət göstərən Zəngəzur Televiziya Kanalının reportajlarında Azərbaycan hərbçilərinin artıq üçüncü aydır Sevliç- Qaragöl gölünü əhatəyə aldığı və ərazini tərk etməyə hazırlaşmadığı deyilir.

Erməni tərəfi, sovet dövrünün xəritələrinə əsaslanaraq, gölün 70 faizinin Ermənistan ərazisinə aid olduğunu bildirir.

Azərbaycan mənbələrində isə Qaragölün Azərbaycana məxsus olduğu qeyd olunur.

BBC

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …