Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Zəngəzurda sülhməramlı qüvvələr yerləşdirilə bilər”

“Zəngəzurda sülhməramlı qüvvələr yerləşdirilə bilər”

“Blinkin, Börns, İmam Xameneyi və “Astana üçlüyü”… diplomatiyanın “ölü” tətil mövsümü ərəfəsində bölgəmizdə bu aktivlik nəyə dəlalət edir?”

Bunu öz “Facebook” hesabında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O qeyd edib: 2Mövqe fərqinə baxmayaraq, onları birləşdirən nədir?

Demək olar ki, əminəm – Zəngəzur!

İndi isə tezislərdə bəzi düşüncələr:

– Rusiya üçün Qərb qapalıdır və buna görə də siyasi və iqtisadi fəaliyyət üçün yalnız Cənub və Şərq qalır. Cənub, deməli, bizim vasitəmizlə, söhbət iqtisadiyyatdan gedirsə, bu, ilk növbədə dəmir yoludur… və bu da bizim vasitəmlədir.

– Rusiya üçün bu istiqamətdə əsas potensial tərəfdaşlar Türkiyə və İran, gələcəkdə isə Fars körfəzi ölkələri, Pakistan və Hindistandır və buna görə də Qərbi Zəngəzur və Naxçıvandan keçən dəmir yolu strateji əhəmiyyət kəsb edir.

– Ermənistan Qərbə üz tutur və bu, onun yeganə çıxış yoludur ki, tarixi perspektivdə Türkiyə və Azərbaycandan tam asılılığa düşməsin.

– Görünən odur ki, Rusiya bununla razılaşmaq məcburiyyətində qalacaq, amma sual yaranır: Qərbin Ermənistanda, ən əsası isə Zəngəzurda peyda olması Rusiya, Azərbaycan və Türkiyəyə, gələcəkdə İrana da lazımdırmı?

Ona görə də Ermənistanın Zəngəzursuz Qərbin cərgəsinə çəkilmə perspektivi böyük ehtimaldır.

Hansı ssenari ilə? – deyə soruşa bilərsiniz. Zəngəzurda sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyası barədə nə düşünürsünüz?

Ona görə də mənə elə gəlir ki, biz böyük hadisələrin astanasındayıq…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …