Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / YYP-nin mərkəzi aparatının toplantısı keçirilib – FOTOLAR

YYP-nin mərkəzi aparatının toplantısı keçirilib – FOTOLAR

YYP-nin mərkəzi aparatının toplantısı keçirilib. Toplantıda ölkədə ictimai-siyasi vəziyyət, partiyanın yaxın gələcəkdə fəaliyyət proqramı, ümumilikdə təşkilati məsələlərin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub. Ramil Hüseynov ictimai-siyasi vəziyyətlə bağlı toplantı içtrakçılarına məlumat verilib.

İki qardaş ölkə arasında imzalanmış “Şuşa bəyannaməsi” əsas müzakirə mövzusu olub. Bu tarixi sənəd miqyası və əhəmiyyəti baxımından iki ölkə arasında strateji əməkdaşlıq və müttəfiqlik çərçivəsində böyük diplomatik uğurdur. 44 gündə qazanılmış qələbənin təminatı qaranti kimi qiymətləndirilmiş, həmçinin bəyannamə regionda yeni siyasi situasiyanın, yeni gerçəklərin gələcəkdə yaranmasına təkan verir. Beynalxalq güclərin, fövqəl dövlətlərin bölgəyə,təbii olaraq, yeni baxış bucağının yaranmasına gətirib çıxardır. Partiya olaraq ölkəmizin uğurlarına hesablanmış bütün siyasi addımları yüksək dəyərləndirir, siyasi təşkilat olaraq milli məsələlərdə həmişə dövlətin, vətənimizin, xalqımızın yanında olacağımızı bir daha bəyan edirik . Daha sonra təşkilati məsələlərin effektivliyinin artırılması üçün müəyyən qərarlar və tapşırıqlar müvafiq qurumlara tövsiyə olunmuş, regionlarda YYP-nin güclənməsi istiqamətində fəaliyyət proqramı müzakirə olunmuşdur. Son olaraq da təsdiqlənmişdir.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …