Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / YYP İcra Aparatının toplantısı keçirilib – FOTO

YYP İcra Aparatının toplantısı keçirilib – FOTO

Yeni Yol Partiyası İcra Aparatının növbəti toplantısı keçirilib. Toplantıda bir sıra məsələlər ətraflı müzakirə edilib. Partiyadaxili məsələlərlə bağlı tapşırıqlar verilib.

İcra Aparatının müzakirə etdiyi məsələlər içərisində başlıca müzakirə mövzusu partiyanın gənclər təşkilatının formalaşmağı ilə bağlı olub. Bu işdə görüləsi bir sıra məqamların olduğu qeyd edilib. Partiyanın fəaliyyətində gənclərin iştirakının genişləndirilməsi, təşkilatlanmada onların aktivliyinin artırılması vurğulanıb. Sözügedən məsələlərlə bağlı partiyanın gənclər təşkilatının sədrinə müvafiq tapşırıqlar verilib. Qısa müddət ərzində təşkilatın iclaslarının keçirilməsi tapşırılıb.

İcra Aparatında digər müzakirə olunan məsələ Qarabağda son vaxtlar gedən proseslərlə bağlı olub. YYP hesab edir ki, Qarabağda yerləşən sülhməramlıların fəaliyyəti qeyri-qənaətbəxşdir. Sülhməramlılar üzərlərinə düşən vəzifəni yerinə yetirmir. Son günlər Qarabağda yerləşən qanunsuz erməni birləşmələri atəşkəsi tez-tez pozsalar da, bunun qarşısının alınması üçün sülhməramlı qüvvələr çevik və adekvat addımlar atmır. Atəşkəsin pozulması ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlarda mücərrəd və ünvansız fikirlər var. Tərəflərin məsuliyyəti bərabrləşdirilir. Hansı ki, atəşkəsi pozan erməni birləşmələridir. Partiya hesab edir ki, bütün bunlar bir daha rus sülhməramlılarının öz işinin öhtəsindən gələ bilmədiyini ortaya qoyur.

Bununla yanaşı, ölkənin səhiyyə sistemindəki çatışmazlıqlar, səhiyyə sahəsində əhaliyə göstərilən xidmətin qənaətbəxş səviyyədə olmaması müzakirə edilib. Qeyd olunub ki, bu sahədə xidmət səviyyəsi yaxşılaşmaq əvəzinə, ged-gedə daha da pisləşir. Aztəminatlı əhalinin əlçatanlığı daha da pisləşir. Ölkədə ankoloji xəstələrin sayı artır. Ancaq bu xəstəliklərdən əziyyət çəkənlərə göstərilən laqeydlik azalmaq əvəzinə artır.

Ən nəhayət, mövsümü amillərə rəğmən, ölkədə ərzaq məhsullarının bahalaşmağa davam etməsi əhali arasında narazılıqla qarşılandığı qeyd edilib. Bildirilib ki, bununla bağlı Nazirlər Kabineti sistemli tədbirlər paketi hazırlamalıdır.

Azinforum.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …