Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yol polisi ilə bağlı ombudsmana 240-dək şikayət daxil olub

Yol polisi ilə bağlı ombudsmana 240-dək şikayət daxil olub

Keçən il İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) yol patrul xidmətinin əməkdaşları ilə bağlı 239 şikayət daxil olub.

“Report”un məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində qeyd olunub.

Məruzədə daxil olan şikayətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş verən yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığı bildirilib.

Şikayətlər üzrə müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılıb, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb, bəzən sürücülərə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları da tətbiq edilib. Şikayətlərin təhlili bu sahədə mövcud olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

Bunları nəzərə alaraq Müvəkkil Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət qurumları, habelə vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsini təklif edir.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın