Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yol polisi Bakıda qaydanı pozdu, rəisin kabinetində gizləndi

Yol polisi Bakıda qaydanı pozdu, rəisin kabinetində gizləndi

Yol polisi əməkdaşlarının iştirakı ilə dayanma durma qaydalarını pozan sürücülərin avtomobilləri evakuasiya edilərək cərimə meydançalarına aparılır ki, bu həm piyadaların, həm də digər avtomobillərin hərəkətini asanlaşdırmaq deməkdir. Bir sıra hallarda isə evakuatorlar maşını ərazidən götürərkən özləri hərəkəti məhdudlaşdırır.

Evakuator maşınına dayanma-durma qaydasını pozan maşını ərazidən götürür. Amma elə özləri qayda pozurlar. Kadrlardan göründüyü kimi, evakuator maşını iki hissəli hərəkət olan yolun bir hissəsini tamamlilə bağlayıb. Buna görədə digər avtomobillər öz zolağından çıxaraq qarşı tərəfin yoluna çıxmağa məcbur olur. Bu isə əlavə təhlükə yaradır.

Göründüyü kimi, hərəkətin daha intensiv olduğu əsas yolda da avtomobillər dayanıb. Evakuator maşını isə onları yox, ikinci dərəcəli yolda olan avtomobili götürür. Həm də elə yol polisinin özünün iştirakı ilə.

Evakuator maşınını təqib edərək 11 saylı duracağa qədər gəlirik. Yol polisi əməkdaşı maşından düşür, qapını örtmür, evakuator maşını belə vəziyyətdə hərəkətə davam edir. Yol polisi əməkdaşı isə qaçaraq uzaqlaşır. Duracağda da eyni mənzərə ilə qarşılaşırıq. Əməkdaş otağa girərək gizlənməyə çalışır.

Otağına daxil olduğumuz şəxs 1 dəqiqə sonra gəlin deyir. Amma xeyli müddət gözləsək də çağıran olmur, üstəlik qapını da arxadan kilidləyirlər. Müşahidə kamerasından izləyirlər ki, burdayıq çölə çıxmırlar. Başqa gözləyənlərə mane olmamaq üçün duracağı tərk edirik.

Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da deyir ki, əsas yoldakı maşınlar götürülməkdənsə ikinci yoldakı avtomobil aparılır və bu zaman qayda pozuntusu edilir.

Ekspert deyir ki, evakuasiya zamanı elə üsul seçilməlidir ki, bu başqaları üçün maneə yaratmasın. Yəni bu görüntülərdəki kimi işləmək doğru deyil. (“Xəzər TV”)

 

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın