Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yohannes Han: “Qarabağ danışıqlarının formatı dəyişməməlidir”

Yohannes Han: “Qarabağ danışıqlarının formatı dəyişməməlidir”

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqların formatı dəyişməməlidir. 

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bu cür bəyanatla çıxış edib.Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə keçirəcəkləri ilk rəsmi görüşlərində həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını müzakirə edəcəklərini və Qarabağ separatçılarının da tərəf kimi danışıqlar prosesində iştirakının vacibliyini vurğulayıb. Lakin Avropa İttifaqı rəsmisi onun bu bəyanatını təqdir etməyib. 

“Düşünürəm ki, yeni nəsə (format) yaratmaq yox, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlərin müzakirə edildiyi mövcud danışıqlar formatının qorunub saxlanması vacibdir. Ermənistanın baş naziri Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan arasında xarici işlər nazirləri və liderlər səviyyəsində danışıqlar baş tutub və bunun özü nizamlanmaya doğru müsbət irəliləyişdir. Münaqişənin həllində Avropa İttifaqının dəstəyinə gəlincə isə, biz etimadın qurulması tədbirlərini və bütövlükdə regionda, xalqlar arasında əməkdaşlığı dəstəkləyə bilərik” – Yohannes Han vurğulayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …