Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yerli sakinin Paşinyanla “Türkləri məhv etməyə gəlmişik” dialoqu ilə bağlı açıqlama – VİDEO

Yerli sakinin Paşinyanla “Türkləri məhv etməyə gəlmişik” dialoqu ilə bağlı açıqlama – VİDEO

Ombudsman Aparatı ötən gün Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Ermənistanın Geğarkunik (Basarkeçər) bölgəsinin yerli sakinləri arasında keçən dialoquna münasibət bildirib.


Dialoqdakı “Buraya türkləri qovmaq və onları məhv etmək üçün gəlmişik…” ifadəsi azərbaycanofobiya kimi qiymətləndirilib.


“Bu, Ermənistanda azərbaycanlılara qarşı olan nifrətlə, azərbaycanofobiya ilə bağlı dəlillərdən sadəcə biridir.


Regionda sülhə, insan hüquqlarına və birgə yaşayışa ciddi təhdid olan bu kimi hallar Azərbaycan Ombudsmanının diqqətindədir.


Azərbaycanlılara qarşı nifrət nümayiş etdirən bu və digər faktlar Azərbaycan Ombudsmanının Beynəlxalq İnsan Hüquqları Təşkilatlarına göndəriləcək növbəti hesabatda yer alacaq”.


Qeyd edək ki, Nikol Paşinyan Geğarkunik vilayətinin (Basarkeçər) Kut kəndinə səfər edib və yerli sakinlərlə görüşüb.


Səfər zamanı Lendroş Qaribyan adlı şəxslə baş tutmuş dialoq diqqət çəkib.


“Mən Kutdanam. Lendroş Qaribyan. Mən 33 ildir burada yaşayıram. Buraya türkləri qovmaq və məhv etmək üçün gəlmişik. O zaman azərbaycanlılar hələ Kəlbəcəri tərk etməmişdi. Onlar Xanlar bölgəsinin yüksək dağ otlaqlarında mal-qara otarırdılar. Türklərin (azərbaycanlıları nəzərdə tutur-red.) mövqelərinin indi yerləşdiyi ərazilərdə əvvəllər təsərrüfatlar var idi. Gedib azərbaycanlıları oradan qovurduq”, – kənd sakini deyib.

https://ok.ru/videoembed/2533272455786

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …