Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Yeni yaranan qurumun adını düz hesab etmirəm”- TQDK-nın keçmiş sədri

“Yeni yaranan qurumun adını düz hesab etmirəm”- TQDK-nın keçmiş sədri

Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Fərman nəticəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib, bunun yerində Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərəcək.
TQDK-nən ləğv edilməsi və Dövlət İmtahan Mərkəzinin yaranması barədə TQDK-nın keçmiş sədri Vurğun Əyyub Moderator.az -a açıqlama verib.
TQDK -nın adı və gördüyü işlər arasında uyğunsuzluq var idi. Qurum artıq müxtəlif sahələrlə bağlı imtahanlar da həyata keçirirdi. Mən belə hesab edirəm ki, TQDK -nın ləğv olunması addımı və yeni qurumun yaradılması doğru idi. Amma yeni yaranan qurumun adını düz hesab etmirəm. Yeni yaranan qurumun adı Biliklərin Qiymətləndirilməsi Mərkəzi adlandırılsaydı daha məntiqə uyğun olardı.”

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın