Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Yeni Seysmoloji Xidmət Mərkəzi fəaliyyətə başladı

Yeni Seysmoloji Xidmət Mərkəzi fəaliyyətə başladı

AMEA-nın Naxçıvan bölməsində Seysmoloji Xidmət mərkəzi istifadəyə verilib. AMEA-nın ictimaiyyətlə əlaqələr xidmətindənModerator.az-a verilən məlumata görə, mərkəzdə ilk dəfə tətbiq olunan ABŞ-ın istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılıb. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompüterə daxil olur. Nəzarət kompüteri verilən məlumatları təhlil edir və arxivləşdirərək yaddaşda saxlayır. Yaddaş qurğusu 24 terabayt tutuma malikdir ki, bu da məlumatların uzun müddətə saxlanmasına imkan verir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın