Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yeni Rabitə və Yüksək Texnologiyalar naziri bəlli oldu?

Yeni Rabitə və Yüksək Texnologiyalar naziri bəlli oldu?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni şəxs gətirilib. Bu barədə unikal.org-a etibarlı mənbə məlumat verib.

Bizi bilgiləndirən şəxs deyib ki, saat 12.00-a iclas çağırılıb. Toplantıda nazirliyə gətirilən Ramin Quluzadə kollektivə tədim olunacaq. Onun hələlik nazir əvəzi, qısa müddətdən sonra isə nazir təyin olucağı gözlənilir.

Məlumatlı şəxs onu da deyib ki, R.Quluzadə Maliyyə naziri Samir Şərifovun yaxın adamıdır və Neft Fondunda çalışıb.

Nazir müşaviri M.Əmirov da unikal.org-a deyib ki, saat 12.00-a toplantı çağırılıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın