Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Yeni “Qaçqınkom” sədrinin ilk açıqlaması: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”

Yeni “Qaçqınkom” sədrinin ilk açıqlaması: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”

“Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, cənab Prezidentin etimadını doğruldum”. 
Bunu gununsesi.info-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev söyləyib.
Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə aydınlıq gətirən yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …