Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Yeni ildə 100 məhbus əfv olunacaq: “Siyahıda tanınmışlar da var”

Yeni ildə 100 məhbus əfv olunacaq: “Siyahıda tanınmışlar da var”

 

“Dekabrın 31-də imzalanacaq Əfv fərmanı ilə əlaqədar komissiyaya 27 nəfərlik siyahı tədqim etmişik”.
Bu barədə aznews.az-a İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, əfv fərmanı siyahı əsasında olacaq: “Kimlərin əfv olunacağı ilə bağlı nəsə demək çətindir. Amma onu deyə bilərəm ki, siyahıda tanınmış şəxslərin də adları var”.
N.Cəfəroğlu onu da qeyd edib ki, Yeni İl bayramı ilə bağlı imzalanan fərman ümumilikdə 100 nəfərdən yuxarı məhbusa şamil olunacaq.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın