Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Yeni gələn vəzifəsinin icrasına başlayan kimi uzun müddət çalışan işçini işdən çıxarır”

“Yeni gələn vəzifəsinin icrasına başlayan kimi uzun müddət çalışan işçini işdən çıxarır”

Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Baş nazirin rəhbərliyi ilə hökumətin müzakirələrdə iştirakını nəzərə alaraq bildirdi ki, bələdiyyələrin torpaqlarının xəritələri hələ də verilməyib.

Deputat bunun daha ciddi problemlərə yol açdığını da vurğuladı: “Bələdiyyə mülkiyyətinə çox yerdə sahib çıxıblar”.

S.Novruzov təklif etdi ki, qanunla bələdiyyələrə verilən mülkiyyət onlara geri verilsin: “Qəbiristanlıqlar da qanunla bələdiyyələrə verilib, lakin ortada iş yoxdur”.

Komitə sədri digər bir məsələyə də toxundu: “Bir də görürsən hər hansı nazirlikdə rəhbər şəxslə bağlı dəyişiklik olur, yeni gələn vəzifəsinin icrasına başlayan kimi uzun müddət çalışan işçini işdən çıxarır. Çıxarılan şəxs nə korrupsiyaya yol verib, nə dövlətə xəyanət edib. Nə var-nə var o biri nazir və ya icra başçısı ilə işləyib. Həmin şəxs də gözləyir ki, bir pillə irəli çəkəcəklər, amma əksinə, işdən çıxarırlar”. Deputat bu məsələyə həssas yanaşmağa çağırdı.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …