Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Yeni döyüş gəmiləri alınır” – POLİTOLOQ

“Yeni döyüş gəmiləri alınır” – POLİTOLOQ

Bu, çoxdankı hərbi bazadır, Kaspiyski şəhərində yerləşirdi. Rusiyanın Xəzər dənizindəki donanması üçün ikinci dərəcəli hesab edilirdi. İndi birinci səviyyəli hərbi bazaya çevirmək üçün onu yenidən quracaqlar.

Bunu Teleqraf.com-a politoloq İlqar Vəlizadə Rusiyanın Xəzər dənizində hərbi baza quracağı ilə bağlı yayılmış xəbər şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Həştərxan vilayətində mövcud olan hazırkı bazanın vəziyyəti Rusiyanı qane etmir:

“Baza Volqa çayı boğazında yerləşir. Gəmilərin dənizə əsas hərəkəti də buradan həyata keçirilir. Qış aylarında Volqanın donması gəmilər üçün müəyyən problemlər yaradır. Ümumiyyətlə, qış aylarında Xəzər dənizinin şimal hissəsi donur. Nəticədə naviqasiya dayanır. Buna görə də, bazanın Kaspiyksi şəhərində qurulması gəmilərin sərbəst hərəkətinə imkan yaradacaq. Bu da həmçinin Rusiyaya imkan verəcək ki, daha böyük bölgəyə nəzarət edə bilsin.

Digər yandan, Rusiya Xəzər və digər dənizlərdəki donanmaları üçün yeni döyüş gəmiləri alır. Bu gəmilər Suriyaya və Rusiyanın Yaxın Şərqdəki digər hədəflərinə ballistik raketlər endirmək üçün lazımdır. Buna görə də, Rusiya Xəzər donanmasının keyfiyyət və mahiyyətini dəyişməyə çalışır. Əlbəttə, Həştərxandakı baza saxlanılacaq, amma Xəzər donanmasının bir nömrəli bazası Kaspiyski olacaq”.

İlqar Vəlizadə hesab etmir ki, yeni qurulacaq hərbi baza Azərbaycan və digər Xəzəryanı dövlətlər üçün təhlükəli olacaq: “Çünki Rusiya bölgə dövlətlərini təhdid etmək istəsə bunu Xəzər donanması ilə yox, digər vasitələrlə edəcək. Bunun üçün Rusiyanın kifayət qədər imkanları var”.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Xəzər dənizində yeni hərbi bazanın qurulacağını açıqlayıb.

O, bildirib ki, bazanın qurulmasında əsas məqsəd Rusiyanın Xəzər dənizindəki donanmasının təlim imkanları, təchizatı, sualtı təxribatara qarşı vasitələrini gücləndirməkdir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …