Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yeni cəzalar qüvvədədir – Sürücülərin nəzərinə

Yeni cəzalar qüvvədədir – Sürücülərin nəzərinə

İnzibati Xətalar Məcəlləsində ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə məsuliyyəti sərtləşdirən yeniliklər dekabrın 1-dən qüvvəyə minib.

“ Azinforum.az ” xəzərxəbər-ə xəbər verir ki, əvvəllər avtobusu müvafiq sənədi olmadan idarə edən sürücü 100 manat cərimə olunurdusa, bundan sonra birbaşa 15-gündən 1 ayadək müddətdə inzibati həbs olunacaq.

Avtobusu sərxoş idarə edənlər isə 2 il müddətində sürücülük hüququndan məhrum olunacaq, 15 gündən 1-ayadək müddətində inzibati həbs olunacaq. Əvvəllər bunun cəzası 300 manat cərimə və 6-aydan 1- ilədək sürücülük huququndan məhrumetmə idi.

Dəyşikliklərdə ən önəmli məsələlərdən biri ”D” kateqoriyası olmayan sürücünün avtobus idarə etməsidir. Buna görə sürücü 200, Vəzifəli şəxslər 500, hüquqi şəxslər 3 min manat cərimə olunacaq. Əvvəllər bunun cəriməsi müvafiq olaraq 60, 200 və 2 min manat idi.

Ən sərt cəzalardan biri də avtobusu heç bir hüququ olmadan sərxoş vəziyyətdə idarə edib qəza törədən sürücülərlə bağlıdır. Həmin avtobusun sahibi 2500 manat cərimə edilməklə yanaşı, 1 aydan 2 ayadək inzibati həbs olunacaq. Şirkəti isə 15 min manat miqdarında cərimə ediləcək.

Cinayət Məcəlləsinə daxil edilən 265-1-ci maddə də qüvvəyə minib. Əgər avtobusu idarə etmək hüququ olmayan sürücü qəzaya səbəb olub piyadanın ölümü ilə nəticələnən qəza törədibsə məsuliyyətinin dərəcəsi nəticədən asılı olacaq. Onu 3-6 min manat miqdarında cərimə habelə 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyəcək.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın