Ana səhifə / Siyasət / “Yaxın vaxtlarda Azərbaycanın KTMT-yə üzvlüyü müzakirə olunacaq…”

“Yaxın vaxtlarda Azərbaycanın KTMT-yə üzvlüyü müzakirə olunacaq…”

Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin yazdığına görə yaxın vaxtlarda Azərbaycanın KTMT hərbi blokuna üzvlüyü məsələsi müzakirə olunacaq. Və qəzet bunu “Qarabağ məsələsinin həlli baxımından çox təhlükəli” adlandırır.

Xatırladılır ki, ötən həftə Moskvada KTMT katibliyində hərbi blok yanında müşahidəçi statusunun və blokla tərəfdaş ölkə statusunun hüquqi əsaslarına dair sənədlər paketi razılaşdırılıb. Bu sənədlər paketi tezliklə bloka üzv ölkələrin rəhbərlərinin Şurasına təqdim olunacaq.

“Bizim məlumatımıza görə KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə müəyyən rol oynaya və Azərbaycanın KTMT-yə üzlüyü prosesinin qarşısını kəsə bilər, lakin Ermənistanda ona qarşı qaldırılmış cinayət işi bir tərəfdən Xaçaturovun KTMT-də mövqelərini zəiflədib. Digər tərəfdən o, “çemodan əhval-ruhiyyəsindədir” və məsələ ilə bağlı xüsusi səy göstərməyə həvəsi yoxdur”-qəzet yazır.

Xatırladaq ki, bu günlərdə Azərbaycan parlamentinin hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli Azərbaycanın KTMT-yə üzvlüyü məsələsinin müzakirə edilə biləcəyini deyib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …