Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yasamal rayonunda yeni uşaq bağçası fəaliyyətə başladı – “Uğur Böcəyi”

Yasamal rayonunda yeni uşaq bağçası fəaliyyətə başladı – “Uğur Böcəyi”

Oktyabrın 22-də Bakının Yasamal rayonunda, İsmayıl bəy Qutqaşınlı küçəsi 80 ünvanında yeni və müasir tipli uşaq bağçasının açılışı olub. Rahat və münasib şəraitdə tərtib edilmiş uşaq bağçası müasir standartlara tam cavab verir.

“Uğur Böcəyi” Uşaq Bağçasının açılışında müəllim və tərbiyəçilər, uşaqlar və valideynlər, habelə yaxınlıqda yaşayan sakinlər iştirak ediblər. Bayram ab-havasında keçən açılış mərasimində uşaqların zövqünü oxşayan şən və musiqili oyunlar, viktorina və səhnələr nümayiş etdirilib.

Yasamal rayonunun ən münasib yerində – İsmayıl bəy Qutqaşınlı küçəsi 80 ünvanında yerləşən “Uğur Böcəyi” Uşaq Bağçası 24 Oktyabr tarixindən etibarən, həftənin 5 günü fəaliyyət göstərəcək. Bağçada uşaqların rus və ingilis dillərində tədrisinə xüsusi üstünlük veriləcək.

Əlaqə telefonları: 050 798 82 20, 070 711 61 50

123456789

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın