Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Yasamal ƏSMM-də köhnə oyunların yeni tərtibatı – İmkanlılar imkansız kimi qeydə alınanda…

Yasamal ƏSMM-də köhnə oyunların yeni tərtibatı – İmkanlılar imkansız kimi qeydə alınanda…

Qəzetimizin ötən saylarından birində Bakının Yasamal rayonunda fəaliyyət göstərən Əhalinin Sosisl Müdafiə Mərkəzinin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və bir çox başqa neqativ hallardan bəhs edən material dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, Yasamal ƏSMM-in direktoru Gülnarə Salahova aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə Bakıda fəaliyyət göstərən analoji qurum rəhbərləri arasında xüsusilə seçilir. Aldığımız açıqlamalarda belə bir itiham irəli sürülür ki, plastik kartların tətbiq olunduğu vaxtdan bəri çox yayılmış bir üsulla, kartların ilk altı ay ərzində qanuni sahiblərindən saxlanılması yolu ilə aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi bu gün də Yasamal ƏSMM-də geniş tətbiq olunur. Həmçinin məlumatlarda vurğulanır ki, bu mərkəzdə sosial yardıma ehtiyacı olan insanlar irəli sürülən şərtlərlə razılaşmırlarsa, onlar müxtəlif üsullarla incidilir, sənəd məsələsində get-gələ salınırlar. Məlum olduğu kimi sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur, yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Amma Yasamal ƏSMM-də bu tələblərin heç birinə əməl olunmur. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, mərkəzin direktoru Gülnarə Salahova ölkə başçısının sosial yardıma ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğını heçə sayaraq öz şəxsi maraqları naminə çalışır. Sakinlər deyir ki, qanunla ünvanlı yardım almaq hüququna malik olan insanlar mərkəz rəhbəri tərəfindən müxtəlif bəhanələrlə süründürməçiliyə məruz qoyulurlar. Mərkəzdən ünvanlı yardım alan şəxslərin çoxu isə imkanlı insanlardır. Onların sosial yardıma əslində heç bir ehtiyacları da yoxdur. Bu barədə məlumatlarda deyilir: “Direktor həmin şəxslərdən müəyyən məbləğdə rüşvət alaraq, onlara qeyri-qanuni sənəd düzəldir. Yardımın 6 ayını onlara verib, 6 ayını isə özünə götürür. Ünvanlı yardıma həqiqətən də ehtiyacı olanlar isə, idarədən əliboş yola salınırlar. Direktor və işçiləri bu insanları heç bir səbəb olmadan incidirlər, onların qarşısına sənəd maneəsi qoyurlar. Elə sənədlər tələb edirlər ki, bu, qanunda yazılmayıb…” Artıq ötən materialda da qeyd etdiyimiz kimi, aldığımız məlumatlarda belə bir məqam da vurğulanır ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Salahova bəzi məcburi tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, Yasamal ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Gülnarə Salahovanın Yasamal ƏSMM-nin rəhbərliyinə gəlməsi xüsusunda mətbuata açıqlamanı təqdim edən mənbə isə iddia edir ki, bu xanım ilkin olaraq, qanunsuz yolla direktor müavini təyin edilib. Belə ki, Gülnarə Salahova 2014-cü ilin oktyabr ayında respublikanın ən ucqar rayonu olan Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib və bu zaman onun heç bir rəqibi olmayıb. Sonra isə nazirlikdə olan himayədarının səyi ilə məhz Yasamal rayon ƏSMM-nə müavin təyin edilib. Bundan bir qədər də sonra Gülnarə Salahova şər atmaqla keçmiş müdirin işdən çıxarılmasına nail olub və artıq özü bu mərkəzdə direktor vəzifəsini icra etməyə başlayıb. Qeyd etməyə bilmərik ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda Salahovanın hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilməlsi, onun yuxarı dairələrdə güclü himayədarlarının olması fikrini bir daha təsdiq edir…\\bizimdovr.az\\

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın