Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Yaşadığımız planet daha ağır və bərpası mümkün olmayan təhlükələrlə qarşılaşa bilər” – AKP

“Yaşadığımız planet daha ağır və bərpası mümkün olmayan təhlükələrlə qarşılaşa bilər” – AKP

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin

B   Ə   Y   A   N   A   T  I

Azərbaycan Kommunist Partiyası 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törətməsindən dərin narahatçılıq hissi keçirir və baş vermiş hadisəni kəskin pisləyir.  

Ermənistan Respublikası 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası dövlət başçıları arasında əldə olunmuş razılaşmanın şərtlərini kobud surətdə pozaraq mütəmadi olaraq Azərbaycan ərazisində təxribatlar yaratmağa cəhd göstərir və bununla da regionda sülhün yaranmasına əngəl yaradır. Azərbaycan ərazisində törədilmiş təxribatlar nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər olur və infrastruktura ziyan dəyir. Azərbaycan Respublikası Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Ermənistan tərəfindən törədilmiş müxtəlif yönlü təxribatların qarşısını qətiyyətlə alır və qarşı tərəfin atəş nöqtələri susdurulur.

Azərbaycan Kommunist Partiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə müdaxilə etməsinə yol verməməyə, bu cür neqativ hallara qarşı barışmaz olmağa, müstəqil dövlətlərin ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşılmasına birgə mövqe göstərməyə çağırır. Əks halda yaşadığımız planet daha ağır və bərpası mümkün olmayan təhlükələrlə qarşılaşa bilər.

Rauf  Müslüm oğlu Qurbanov                                                                          Azərbaycan KP MK -nın sədri,                                                                                   KPİ – Sov. İKP MŞ üzvü. 

Bakı şəhəri, 14.09. 2022 -ci il.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …