Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yaqub Məmmədovun spiker kürsüsündən BİR NEÇƏ SAATLIQ İSTEFASININ SİRRİ…

Yaqub Məmmədovun spiker kürsüsündən BİR NEÇƏ SAATLIQ İSTEFASININ SİRRİ…

26 il öncə bu gün -1992-ci il martın 5-də Bakı qaynayırdı. Cəmi 5-ci ay idi ki, müstəqillik qazanmış ölkənin taleyi parlamentdə həll olunurdu…

Həmin gün AXC fəallarının təzyiqi ilə Ali Sovet sədri Elmira Qafarova istefa verir. Bundan sonra deputat M.Əzimovun təklifi ilə parlament sədri vəzifəsinə deputat Yaqub Məmmədovun sədrliyi irəli sürülür. Digər deputatlar Z.Məmmədov, B.Vahabzadə,T.Kamalov və b. onun namizədliyini müdafiə edirlər. O gün gecə saatlarınadək müxalifət nümayəndələri qəti şəkildə prezident Ayaz Mütəllibovun istefasını tələb edirlər… Ertəsi gün –martın 6-da axşam saatlarında, nəhayət, Ayaz Mütəllibov istefa verməyə məcbur olur. Lakin bunadək Ali Sovetdə daha bir maraqlı və ziddiyyətli olay baş verir. Ali Sovetin sədri seçilməsindən bir sutka ötməmiş Yaqub Məmmədov hələ səhər saatlarında prezident A.Mütəllibovun çıxışından və bunun ardınca cəbhəçi fəal Tofiq Qasımovun “Prezident istefa verməsə, zalı tərk edəcəyik” ultimatumundan dərhal sonra istefa verdiyni elan edərək sədr kürsüsünü tərk edir… Artıq ölkədə tam hakimiyyətsizlik yaranır.. Bəzi deputatlar onun bu hərəkətini tənqid edir. Yaqub Məmmədovu qısa müddətə əvəz edən deputat Ziyad Səmədzadə bir neçə dəfə ondan postuna qayıtmağı xahişedir. Lakin o qayıtmır.

Yenə də Prezidentin istefası, eyni zamanda Ali Sovetin buraxılması tələb edilən qarışıq çıxışlardan sonra deputatlardan biri təklif edir ki, Yaqub Məmmədov sədr kürsüsünü tutsun və zaldakılar bu fikri alqışlayırlar. Bu zaman Yaqub Məmmədov qısa çıxış etdikdən sonra istefasını geri götürür və yenidən iclasa sədrlik etməyə başlayır…

Görəsən, hansı amillər, keçirdiyi hansı hisslər, məruz qaldığı hansı təsirlər sabiq spikeri qısamüddətli istefaya və sonradan geri qayıtmağa məcbur edir? Bu suala şəxsən Yaqub Məmmədovun özündən cavab almaq istədik. Lakin martn 3-dən bəri bir neçə dəfə telefon açsaq da, o, danışmaq imkanının olmadığını bildirdi…

Sultan Laçın

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …