Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / YAP və AKP sənəd imzaladı – müxalifət nədən narazıdır?

YAP və AKP sənəd imzaladı – müxalifət nədən narazıdır?

Türkiyədə hakim AK Partiyanın sədr müavini Numan Kurtulmuş və YAP-ın sədr müavini Tahir Budaqov arasında müqavilə imzalanıb. DHA xəbər verir ki, mərasim AK Partiya Mərkəzində baş tutub.

Numan Kurtulmuş bildirib ki, iki ölkənin hakim partiyası olaraq münasibətləri daha sistemli və qalıcı hala gətirmək üçün əməkdaşlıq protokolu imzalayıblar. “Yeni bir tarixi mərhələdə olduğumuzu bilirik. Azərbaycanın Qarabağın azad edilməsi uğrunda 44 gün davam edən, möhtəşəm qələbə əldə etdiyi müharibədə dostlarımızın yanında olduq. Türkiyə olaraq iki ayrı dövlət, amma bir millət olduğumuzu bütün dünya ictimaiyyətinə göstərdik”.

Kurtulmuş və Budaqov arasında 9 maddəlik əməkdaşlıq protokolu imzalanıb. Protokolda tərəflər arasında təcrübə və təşkilat mübadiləsi, partiya kadrlarının hazırlanması, tərəflərin üzv olduqları və ya təmsil olunduqları beynəlxalq təşkilatlarda həmrəylik və ortaq münasibət nümayiş etdirilməsi, təhsil, mədəniyyət, qadın və gənclik siyasəti, digər sahələrdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları arasında əlaqələrin qurulmasına dəstək verilməsi və hər tərəfdən bir nəfər koordinator təyin edilməsi barədə razılığa gəlinib. İyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hakim partiyasının nümayəndə heyətini qəbul edib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildirlər.

İki qardaş ölkənin hakim partiyaları arasındakı bu yaxınlaşma bir sıra məsələləri gündəmə gətirməklə yanaşı, bəzi suallar da yaradıb. Suallardan biri odur ki, 20 ildir mövcud olan AK Partiya ilə YAP bu qədər uzun müddətdə əlaqələri niyə zəif inkişaf etdirib?

Müxalifətin əvvəl Türkiyə partiyaları ilə əlaqələri güclü idi. Sonralar bu əlaqələr demək olar ki, tükəndi. İndi hansı partiyanın, məsələn, iqtidar ortağı olan MHP və digərləri ilə əlaqələri, razılaşmaları var? Yeni dönəmdə əlaqələri inkişaf etdirməyi düşünürlərmi?

Bu suallara YAP və ölkə müxalifətinin cavabını aldıq. 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə səslənən fikirlərlə razılaşmır: “Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ilk günlərdən qardaşlıq və dostluq münasibətləri yaranıb. Hər ikisi öz ölkələrinin aparıcı siyasi təşkilatlarıdır, ölkələrinin milli maraqlarının qorunmasında cəmiyyəti mobilizə etməkdə maraqlıdırlar. Türkiyə və Azərbaycan əlaqələrinin gücləndirilməsinə hər iki partiya xüsusi önəm verir. Həmişə partiyalarımız arasında çox sıx əlaqələr, əməkdaşlıq münasibətləri olub. Həm partiya rəhbərliyi, həm də partiyanın ayrı-ayrı strukturları arasında geniş əməkdaşlıq münasibətləri olub. Partiyamızın son qurultayından sonra münasibətlər yeni bir mərhələyə qalxıb. Bildiyiniz kimi, partiyanın rəhbər strukturlarında dəyişikliklər olub. Sədr müavini, Mərkəzi Aparat rəhbərinin bu statusda Türkiyəyə birinci səfəridir. Bu səfər əməkdaşlığın daha da gücləndirilməsi sənədi ilə möhkəmlənir. Türkiyədə bilavasitə AKP daxilində Azərbaycanla, onun aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Azərbaycan da bu dostluğun möhkəmləndirilməsində maraqlıdır. Hesab edirik ki, iki ölkənin aparıcı partiyalarının əməkdaşlığı ölkələrin münasibətlərinin möhkəmləndirilməsində, iki qardaş ölkə həqiqətlərinin, ümumtürk maraqlarının dünyaya yayılmasında mühüm rol oynayır”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Hökumət bu yanlış siyasətindən imtina etməlidir”

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, hökumət bu istiqamətdə müəyyən yanlışlıqlara yol verir: “Biz siyasi partiya olaraq, təsis olunduğumuz gündən Türkiyəyə xüsusi diqqət ayıran qurumlardanıq. Müşahidə edilsə görünər ki, dönəm-dönəm bizim mövqe YAP-dan daha yaxın olub. Qardaş ölkədə cərəyan edən proseslərə daha həssaslıqla yanaşmışıq, nəinki hakim partiya. Ən nəhayət, YAP da Türkiyəyə fəaliyyətində xüsusi diqqət ayırmağa önəm verdi. Artıq bu istiqamətdə müəyyən addımlar atırlar. Biz AG Partiya olaraq, Türkiyənin AKP və MHP qurumları ilə əlaqələr qurmaq niyyətindəyik. Bizim əlaqələr zatən var. Amma təəssüflə onu qeyd etməliyəm ki, Azərbaycan hökumətinin yürütdüyü bir siyasət var. Ölkə partiyalarını seçim qarşısında qoyurlar. Ya iqtidar partiyası ilə əlaqə quracaqsan, ya da biz sizinlə əlaqələr qurmayacağıq. Bu da əsasən bizə yaxın olan Türkiyə, Ukrayna və digər ölkələrdəki partiyalarla bağlı olur. Bu istiqamətdə mesajlar ünvanlanır. Ona görə də Azərbaycanda heç bir partiyanın digər ölkələrin partiyaları ilə normal münasibətləri yoxdur. İqtidar əlindəki imkanlarla partiyaların münasibət qurmasına mane olur, eyni zamanda da, özü normal münasibət qurmur. Təsəvvür edin ki, AK Partiyanın uzun illərdir yaranıb, səhv etmirəmsə, YAP ilk dəfədir ki, bu cür görüşlər keçirir, sənəd imzalayır. İndiyə qədər dəfələrlə ölkəmizdəki siyasi partiyalardan əlaqə qurmaq istəyənlərə maneələr yaradılıb, bir növ iqtidar belə münasibətlərin qurulmasına qısqanclıqla yanaşır. Türkiyə və bir sıra ölkələrin partiyaları da görür ki, belə əlaqələr qursa, Azərbaycan rəsmiləri ilə problemlər yaşayacaq. Bu, olduqca yanlış bir siyasətdir. Ölkə daxilindəki partiyaları dövlət naminə qazandıra biləcəkləri nələrdənsə məhrum edirlər. Məsələn, Azərbaycandakı hər hansı bir siyasi partiyanın Fransadakı bir partiya ilə münasibəti, güclü əlaqələri, əməkdaşlığı olsaydı, güman etmirəm ki, bütün senatorlar Azərbaycanın əleyhinə səs verərdi, yaxud da digər ölkələrdə. Tez bir zamanda hökumət bu yanlış siyasətindən imtina etməlidir. İndi YAP səfərə gedib, lap yaxşı. Amma təşkil oluna bilərdi ki, 1-2 siyasi partiya da getsin. Azərbaycanda bəzi partiyalar var ki, beynəlxalq təşkilatların üzvüdürlər. Müsavat, AMİP kimi qurumların adını çəkə bilərik. Amma onlara da normal fəaliyyət göstərməyə imkan vermirlər, həm maddi, həm də siyasi baxımdan. Bu da ümumilikdə Azərbaycann maraqlarına ziddir”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Bir neçə il əvvəl AKP ilə əməkdaşlıq üçün bu partiyanın ofisində olmuşam”

ADP sədri Sərdar Cəlaloğlunun fikirləri belədir: “Düşünürəm ki, Türkiyə və Azərbaycandakı siyasi partiyalar arasında əlaqələr heç zaman yüksək səviyyədə olmayıb. Bu da daha çox Türkiyə-Azərbaycan münasibətlərinin korlanmaması üçün edilib. Bu gün də görürsünüz ki, hakim partiyalar arasında bir sənəd imzalanıb. Halbuki bir neçə il əvvəl AKP ilə əməkdaşlıq üçün bu partiyanın ofisində olmuşam, təkliflərimi vermişəm. Yəni demək istəyirəm ki, partiyalar arasındakı münasibətlərdə rəsmi siyasi kurs rəhbər götürülür. Məsələn, MHP-ni götürək. Azərbaycandakı hansı siyasi qurum bu partiya ilə əməkdaşlıq edir?  Sadəcə, millətçi kəsimin bəzi nümayəndələri Türkiyəyə gedəndə MHP rəhbərliyi, Dövlət Baxçalı ilə görüşürlər. Amma daimi əlaqələr yoxdur. Bu əlaqələrin yaradılmasını çox vacib hesab edirəm. Düşünürəm ki, əgər AKP-YAP arasında belə sənəd imzalanırsa, müxalif partiyaların yolu açılmış olur. Şəxsən biz bu əməkdaşlığa hazırıq. Əgər razılıq versələr, bizə fəxrdir ki, Türkiyədəki qardaş partiyalarla həm siyasi qardaşlıq yaradaq, həm də hər iki dövlətin maraqlarını birgə müdafiə edək”. Musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …