Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / YAP-ın yeni tikilən binasından oğurluq edildi – FOTOLAR

YAP-ın yeni tikilən binasından oğurluq edildi – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayonunda tikilməkdə olan yeni binasında oğurluq hadisəsi baş verib.

Musavat.com-un əldə etdiyi məlumata görə, rayonun Seyfəddin Dağlı küçəsində YAP üçün tikilməkdə olan yeni inzibati binadan dəzgahlar oğurlanıb.

Tikintisi yekunlaşmaqda olan binanın birinci mərtəbəsindən dəyəri 2 min manatdan çox olan dəzgahlar bir neçə gün əvvəl gecə saatlarında oğurlanıb. Nəzarətçinin diqətsizliyindən istifadə edən şəxs dəzgahları bir neçə dəqiqə ərzində aparmağa nail olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsindən faktı musavat.com-a təsdiqləyiblər.
Əldə etdiyimiz məlumata görə, artıq oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq edən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Pərviz Əliyev olduğu müəyyənləşdirilib. P.Əliyev artıq saxlanılıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın