Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “YAP-ın 700 minə yaxın üzvü müsəlləh əsgər kimi Qarabağda vuruşmağa hazırdır”

“YAP-ın 700 minə yaxın üzvü müsəlləh əsgər kimi Qarabağda vuruşmağa hazırdır”

“Vaxtilə hərənin bir dərəyə çəkməsi nəticəsində torpqalarımızın bir hissəsini itirdik”

Azərbaycan və Ermənistan təmas xəttində yaşanan gərginlik xalq arasında bütünləşməyə səbəb olmaqdadır.
Maraqlıdır, hakim Yeni Azərbaycan Partiyası  dövlətə və iqtidara qarşı ictimai təşkilat, partiya və qurumların dəstəyini hiss edə bilirmi?
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Moderator.az – a açıqlamasında bildirdi ki, xalqımız hazırda bir bütün olub əsl bərabərlik nümunəsi nümayiş etdirir:
“Bu, ümummili məsələdir. Burada iqtidar – müxalifət söhbəti olmamalıdır. Hazırda xalqımız bir olaraq şücaət nümayiş etdirir. Təbii ki, Azərbaycan xalqı həmişə bizim yanımızda olub. Yaşanan olaylardan sonra xalqımızın belə təşkilatlanması,  bizə olan dəstəyi  bir daha sübut edir ki, xalq-hakimiyyət vəhdəti var. İqtidar – xalq birliyi bizim əsas siyasətimiz olub. Hazırda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı azad etmək uğrunda mübarizə aparır. Azərbaycanda istənilən partiya, təşkilat, qurum bu məsələdə xalqla birgə olmalıdır. Xalqımızın arzusunun həyata keçməsi üçün əlindən gələni etməlidir. Kimin nəyə gücü çatırsa bu məsələdə xalqa dəstək olmalıdır. Bu gün bir çox qurumlar xalqa, bizə tam dəstək bəyanatı veriblər. Bu gün YAP gənclərlə geniş tərkibli görüş keçirdi. Bütün gənclərimizdə yüksək əhval-ruhiyyə müşahidə olunur.
Bu gün bizim silahlı qüvvələrlə yanaşı Yeni Azərbaycan Partiyasının 700 minə yaxın üzvü müsəlləh əsgər kimi Qarabağ döyüşlərində vuruşmağa hazırdır. Fərqi yoxdur, Milli Məclisin deputatı da, dövlət vəzifəsini tutan üzvlərimiz də Ali Baş Komandanın əmini gözləyirik. Bizə hazırda birlik lazımdır. Bu baş versə istədiyimizə tez bir zamanda nail olacağıq. Vaxtilə hərənin bir dərəyə çəkməsi nəticəsində biz torpqalarımızın bir hissəsini itirdik. Hazırda isə bizim iqtidarın apardığı düzgün siyasət onu göstərir ki, çətin məqamda bir yerdə ola bilirik. Bu çox böyük uğurdur”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın