Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”

YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Bu barədə məlumatı partiyanın mətbuat katibi Hüseyn Paşayev Modern.az-a təsdiqləyib. O qeyd edib ki, Vüqar Səfərlinin YAP sıralarından və partiyadakı vəzifələrindən kənarlaşdırıldığı doğrudur. 

YAP rəsmisi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da partiyadan kənalaşdırıldığı haqqında iddialara aydınlıq gətirib. O qeyd edib ki, bu formada vəzifədən kənarlaşdırılan məmurlar hakim partiyanın sıralarından da çıxarılacaq:

“Partiya üzvlüyündən kənarlaşdırılma haqqında qərarı rayon təşkilatları verir. Səlim Müslümovun hansı rayon təşkilatında qeydiyyatda olduğunu dəqiq bilmirəm. Bunu dəqiqləşdirmək lazımdır. Amma Vüqar Səfərlidən başqa da partiya sıralarından uzaqlaşdırılanlar var. Hamısı çıxarılacaq”.

Qeyd edək ki, V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib.

Korrupsiya və rüşvətə görə həbs edilən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Ağstafa, İmişli, Biləsuvar, Neftçala, Yevlax, Cəlilabad, Kürdəmir rayon İcra hakimiyyətlətinin sabiq başçıları da YAP üzvü kimi hakim partiyanın nüfuzuna ciddi xələl gətiriblər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …