Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / YAP 45 dairədə başqa namizədləri dəstəkləyəcək – Siyahı hazırdır

YAP 45 dairədə başqa namizədləri dəstəkləyəcək – Siyahı hazırdır

Bələdiyyə seçkilərindən dərhal sonra Yeni Azərbaycan Partiyası (YAP) namizədlərini elan edəcək. 
E
tibarlı mənbədən AzPolitika.info-ya daxil olan məlumata görə, artıq hakim partiyanın siyahısı hazırdır. Uzun və gərgin müzakirələrdən sonra keçmiş deputatlardan, yeni simalardan ibarət adlar rəhbərliyə təqdim olunub.
Mənbə bildirib ki, YAP-ı parlamentdə təmsil edən yaşlı nəslin əksər nümayəndələri Naxçıvandan seçilən deputatlar istisna olmaqla siyahıya salınmayıb. Bu barədə onların özləri ilə də müvafiq söhbətlər aparılıb. Həmçinin, bir neçə “özünü doğrultmayan” deputatlar da iddiaçılar siyahısından kənarda qalıb. Hakim partiyanın üstünlük verdiyi yeni simaların bir qismi aşağı strukturlarda təmsil olunan gənclərdir.
Onları seçmək də o qədər asan olmayıb. Rəhbərlikdən verilən tapşırığa uyğun olaraq, namizədlərin bilik, bacarıq, ictimai nüfuz kimi vacib keyfiyyətləri ilə yanaşı, onların qohumluq əlaqələri, valideyinlərinin fəaliyyət dairəsi də ciddi araşdırılıb.
Məlumatarda qeyd olunur ki, hakim partiya təxminən 40-45 arası dairədə prinsipial namizəd irəli sürməyəcək. Bu yerlər hakimiyyətin də parlamentə düşməsində maraqlı olduğu bitərəflər, habelə konstruktiv müxalifət nümayəndələri üçün saxlanılıb.
Dünən QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev əvvəl seçildiyi 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən, Adil Əliyev də bir neçə dəfə ard-arda təmsil etdiyi 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən, AVP sədri Fəzali Ağamalı 60 Saylı Salyan-Neftçala Seçki Dairəsindən, keçmiş maliyyə naziri Fikrət Yusifov 41 saylı Sumqayıt Birinci Seçki Dairəsən namizədliklərini irəli sürüblər.
Qısa müddətdə sözügedən 40-45 Seçki Dairəsində də hakimiyyətin seçilməsində maraqlı olduğu namizədələrin adları məlum olacaq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …