Ana səhifə / Siyasət / Yanvardan bu müəllimlərin maaşları artacaq – RƏSMİ

Yanvardan bu müəllimlərin maaşları artacaq – RƏSMİ

Hazırda respublikanın 3 şəhər və 9 rayonunda diaqnostik qiymətləndirmənin keçirilməsi ilə bağlı hazırlıqlar görülür.

 

Publika.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir müavini bu işlərin noyabr-dekabr aylarında tamamlanacağını bildirib: “2014-cü il diaqnostik qiymətləndirmədə uğurlu nəticə göstərə bilməyən, müəyyən səbəblərdən imtahanda iştirak etməyən, sosial məzuniyyətdə olan və bu il işə qəbul olan müəllimlər üçün diaqnostik qiymətləndirmə keçirdik.

 

Ötən il bu qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün yeni qayda ilə hesablanması və əməkhaqqının artırılması ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanmışdı. Bu dəfə də diaqnostik qiymətləndirmədən keçən müəllimlərlə bağlı 1 yanvar 2016-cı ildən etibarən yeni qaydalar əsasında dərs yükü normalarının hesablanması və yeni əməkhaqlarının tətbiqinə başlanılacaq”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın